"Qəbələ" klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

02:16 13-06-2023 | icon 656

“Qəbələ” klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.

"Qırmızı-qaralar"dan verilən məlumata görə, 43 yaşlı mütəxəssis, həmçinin köməkçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin sükanı arxasındadır. O, başa çatan mövsümdə komanda ilə Azərbaycan Kubokunun qalibi olub.


Digər xəbərlər

0.28002405166626