Hacıqabul rayonunda "Milli Qurtuluş günü" nə həsr olunmuş tədbir keçirilib

14:13 13-06-2023 | icon 1029
Hacıqabul rayonunda

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Bu önəmli günlərdən biri  də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə əhəmiyyətli təqvim günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixi, özünün əsl xilaskarına qovuşduğu gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Məhz bu gün olum və ya ölüm dilemması qarşısında qalmaq kimi çətin sınaqla üzləşmiş xalqımız və dövlətimiz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və  parlaq zəkası sayəsində mövcudluğunu qoruyub saxlaya bildi, müasir, sivil, demokratik dövlət quruculuğu yollarında inamla addımlamağa başladı.

2020-ci il 44 günlük vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad edərək xalqımıza fəxarət duyğuları yaşadan, onu çətin sınaqlardan üzü ağ çıxaran Qalib Sərkərdə - Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ata vəsiyyətini layiqincə və şərəflə yerinə yetirərək bir xalqdan qalib ordu yaradan lider kimi əbədi tarixə düşmüşdür. Bu gün cənab prezidentimizin yüksək intellekti, nəyi, necə və nə zaman etmək bacarığı sayəsində Ümummilli Liderimizin və qəhrəman  şəhidlərimizin ruhu şaddır. Bu hər birimizin qəlbində qürur hissi doğurur.

Bu tarixi günlə əlaqədar 13 iyun 2023-cü il tarixində Hacıqabul rayonunda "Milli Qurtuluş günü"nə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və bir qrup ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə tər gül dəstələri düzüldü. Daha sonra tədbir rayon Mədəniyyət Evinin qarşısında  mədəniyyət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib.


Digər xəbərlər

0.20169711112976