Neftçi finalda 

14:27 13-06-2023 | icon 596
Neftçi finalda 

13 iyun Dünya Qadın Seriyasının Şuşa mərhələsində 1/4 final və yarımfinal oyunları baş tutub.

İlk 1/4 final oyununda Macarıstan millisi Rumıniyaya 21-13 hesabı ilə qalib gələrək, yarımfinalda "Neftçi" nin rəqibi olub. İkinci 1/4 final oyununda isə Almaniya seçməsi "G FLOU" (Yaponiya) klubuna 22-16  hesabı ilə qalib gəlib və ikinci yarımfinalda Niderland komandasına rəqib olub.

Birinci yarımfinal oyununda "Neftçi" klubu, Macarıstan yığması ilə üz-üzə gəlib.

Gərgin mübarizənin yekununda rəqibinə 15-14 hesabı ilə qalib gələn "Neftçi" ilk finalçı olub.


Digər xəbərlər

0.26116609573364