Səttar Möhbalıyev: “Azərbaycan və Türkiyə birliyi dünya miqyasında təsirli güc mərkəzidir”

15:56 13-06-2023 | icon 802
Səttar Möhbalıyev: “Azərbaycan və Türkiyə birliyi dünya miqyasında təsirli güc mərkəzidir”

“Bənzərsiz qardaşlıq münasibətlərində olan Azərbaycan və Türkiyə arasında
uğurlu əməkdaşlıq davam edir. Dünyaya demokratiya dərsi keçərək inkişafa,
tərəqqiyə səs verən Türk xalqı növbəti dəfə böyük siyasi lider, Türkiyənin müasir
inkişafının banisi Rəcəb Tayyib Ərdoğanı prezident seçdi. Ənənəyə sadiq qalaraq
iyunun 12-də qardaş ölkənin rəhbəri ilk dövlət səfərini yenə də məhz Azərbaycana
etdi. Məncə, bunun heç bir şərhi yoxdur. Bu yalnız qardaşlıq duyğularının
təcəssümüdür ki, iki ölkə arasında əlaqələrinin təməlini təşkil edir. Həm də bu
dövlət səfəri münasibətlərimizin ən ali mərhələdə olduğunu, dostluq və
əməkdaşlığımızın dönməz xarakter aldığını göstərir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər iki
dövlətin maraqlarını və xalqlarımızın mənafeyini əks etdirir: “Bütün məsələlərdə, o
cümlədən daxili və xarici siyasətdə ölkələrimiz arasında həmrəylik dərin kök salıb,
beynəlxalq müstəvidə bir-birilərinin haqlı mövqelərini müdafiə edirlər. Təbii ki,
dünya dövlətləri üçün nümunə təşkil edən Azərbaycan-Türkiyə münasibətlərinin
bu səviyyəyə yüksəlməsi cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın
adı ilə bilavasitə bağlıdır. Hər iki lider arasında mövcud olan dostluq münasibətləri
ikitərəfli əlaqələrə də sirayət edib və genişləndirib”.

“Azərbaycanın Qarabağ bölgəsinə ilk səfər edən dövlət başçısı da məhz cənab
Rəcəb Tayyib Ərdoğan olub. Bu, Azərbaycanın müstəqillik tarixində ən əlamətdar
hadisələrdən biridir. Həmçinin iki qardaş ölkə arasında tarixi sənəd olan
müttəfiqlik münasibətləri haqqında bəyannamə Azərbaycanın qeyrət rəmzi,
mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalandı. Yeri gəlmişkən, bu bəyannamə
iki ölkə arasında olan münasibətləri yeni müstəviyə daşıyıb, rəsmən müttəfiqlik
zirvəsinə ucaldı. Bu müttəfiqliyi siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat
layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu
istiqamətində görmək mümkündür”, - Milli Məclisin deputatı deyib.

AHİK sədri əlavə edib ki, Türkiyə Prezidentinin ölkəmizə bu dövlət səfəri
əlaqələrimizi genişləndirəcək, həmrəyliyimizi möhkəmləndirəcək, bu da hər iki
ölkənin dünya miqyasında təsirli güc mərkəzi rolunu artıracaq.


Digər xəbərlər

0.26171088218689