Nazirdən "Neftçi" ilə bağlı paylaşımında səhv tutan səhifəyə zarafatyana - Cavab
Elm və təhsil naziri Emin Əmrullayev feysbuk hesabında Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı paylaşımlarına görə məşhurlaşan “Grammar Azi” səhifəsinin iradına maraqlı cavab verib.
Nazir paylaşımında basketbol üzrə Bakı klubunun zəfərindən yazıb.
“Neftçiyə zəfər yaraşır!
Şuşaya zəfər yaraşır!
Azərbaycana zəfər yaraşır!!!
Doğma Neftçini əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!!!” – deyə E. Əmrullayev paylaşımında bildirib.
Sözügedən səhifə elm və təhsil nazirinin paylaşımına ““Neftçi” dırnaqda yazılmalıdır” deyə irad bildirib. Emin Əmrullayev isə həmin rəyə “bu, işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü”” cavabını yazıb.
Qeyd edək ki, “Neftçi” finalda Niderland millisini 20:12 hesabı ilə məğlub edərək qalib olub.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...