“Neftçi”nin “Fənərbaxça” ilə oynayacağı dəqiqləşdi
“Neftçi” PFK-nın yeni mövsümə hazırlıq planı müəyyənləşib. “Ağ-qaralar” təlim-məşq toplanışının birinci mərhələsini iyunun 21-dən 28-dək Bakıda keçəcək.
Bu haqda klub məlumat yayıb.
Bildirilib ki, fiziki hazırlığa həsr olunacaq bu mərhələnin ilk 3 günündə futbolçular sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”da tibbi baxışdan keçəndən sonra məşqə qoşulacaqlar.
Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 19-dək Rusiyada reallaşacaq. Flaqman iyulun 1-dən 15-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. “Neftçi” turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Qeyd edək ki, “Neftçi” yeni mövsümdə UEFA Konfrans Liqasında iştirak edəcək. Komandamız qitəmiqyaslı yarışa II təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. Rəqibin adına isə iyunun 21-də təşkil olunacaq püşkatma mərasimində aydınlıq gələcək.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...