“Proqnoz verib idmançıları təzyiqdə saxlamaq istəmirik”

00:31 15-06-2023 | icon 928
“Proqnoz verib idmançıları təzyiqdə saxlamaq istəmirik”

“Medalla bağlı proqnoz verib idmançıları təzyiqdə saxlamaq istəmirik”.

Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Polşada keçiriləcək III Avropa Oyunları ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

O, 2015-ci ildə 285 idmançının 56, 2019-cu ildə 82 nəfərin 28 medal qazandığını xatırladıb.

Turnirə yollanacaq nümayəndə heyətinin rəhbəri yarışların fərqli şəhərlərdə baş tutmasının onlar üçün çətinlik törətdiyini söyləyib: “Buna baxmayaraq, hər şəhərdə nümayəndələrimiz olacaq. İdmançılarımızın medallarla bizi sevindirəcəyinə inanırıq”.

Qeyd edək ki, iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq yarışda Azərbaycan 13 idman növündə 86 idmançı ilə təmsil olunacaq.


Digər xəbərlər

0.21579790115356