“Neftçi”nin titul sponsoru dəyişdi

08:39 16-06-2023 | icon 767
“Neftçi”nin titul sponsoru dəyişdi

“Neftçi”nin titul sponsoru açıqlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 2023-2024 mövsümündə paytaxt təmsilçisinin yeni sponsoru Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olacaq.

Sözləşməyə görə, əsas və əvəzedici komandaların oyun, həmçinin, məşq formalarının ön hissəsində SOCAR-ın loqosu əks olunacaq.

Qeyd olunub ki, “Neftçi”nin bundan əvvəlki Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə sponsorluq müqaviləsinin müddəti başa çatıb.


Digər xəbərlər

0.27448201179504