Səttar Möhbalıyev: “Pakistan dünyada ədalətli mövqeyi ilə tanınır”

17:23 16-06-2023 | icon 750
Səttar Möhbalıyev: “Pakistan dünyada ədalətli mövqeyi ilə tanınır”

“Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost
olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verib.
Öncə onu qeyd edim ki, Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik
əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə
səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli
mövqeyini beynəlxalq səviyyədə müdafiə edib. Eləcə də məhz Azərbaycan
ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm də
rəsmən işğalçı ölkəni bir dövlət kimi tanımayıb. Bu, qardaş Pakistanın dövlət
siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən
müharibəsində Pakistanın möhtəşəm dəstəyini unuda bilmərik, birmənalı şəkildə
rəsmən Azərbaycanın yanında olduğunu bəyan etdi: “Bu ölkənin kütləvi
informasiya vasitələri, demək olar ki, hər gün müharibənin gedişi ilə bağlı
məlumatlar verir, həqiqəti ölkə və dünya ictimaiyyətinə çatdırırdılar. Bu qardaş
dəstəyini hər bir azərbaycanlı öz üzərində hiss edir, buna minnətdarlıq əlaməti
olaraq ölkəmizin hər yerində qardaş Pakistanın bayrağı bizim bayraqla birgə
dalğalandırılırdı. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan-Pakistan əlaqələri bir
çox sahələrə əhatə etməklə daim yüksələn xətlə inkişaf yolu tutub, bu münasibətlər
hər iki ölkənin xarici siyasətində prioritet təşkil edib, həm ikitərəfli, həm də
çoxşaxəli xarakter daşıyıb”.

“Etiraf edək ki, hazırda dünyada gərginlik xeyli artıb, proseslərin mürəkkəbliyi
getdikcə dərinləşir, yeni-yeni ittifaqlar, bloklar yaranır. Belə bir məqamda böyük
hərbi gücü olan, iqtisadi imkanları getdikcə genişlənən Pakistanla əlaqələrimizin
inkişafı son dərəcə önəmlidir. İnanırıq ki, qardaş ölkənin Baş naziri Məhəmməd
Şahbaz Şərifin Azərbaycana səfəri, keçirilən görüşlər, aparılan müzakirələr
dönməz xarakter alan mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni
sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq. Bu səfərdə ticarət və sərmayə,
enerji, müdafiə sənayesi sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu da,
təbii ki, qeyd olunan sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur və bunun üçün
potensial xeyli yüksəkdir”, - Milli Məclisin deputatı bildirib.

“O ki qaldı hərbi təlimlərlə bağlı, bunun önəmini dövlətimizin başçısı cənab İlham
Əliyev xüsusi olaraq qeyd etdi və təlimlərin sayının artırılması nəzərdə tutulub.
Məlumdur ki, Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri mütəmadi təlimlər keçir,
döyüş qabiliyyətlərini artırırlar. Təbii ki, bu da dövlətlərimizin müdafiə qüdrətinin
artırılması, müstəqilliyin və ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin
olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir, - AHİK sədri
vurğulayıb.


Digər xəbərlər

0.27607297897339