“Uşaqlar revanş almaq istəyir” - De Byazi

17:48 16-06-2023 | icon 547
“Uşaqlar revanş almaq istəyir” - De Byazi

“İlk iki oyunda uduzduq. Bəli, 9 qol buraxmışıq. Amma iki güclü komandaya qarşı oynadıq, rəqiblər böyük təcrübəyə malik idilər. Matçları yaxşı analiz etsəz, görərsiz ki, bəzi hissələrdə yaxşı oyun göstərdik, meydanda qaldıq, mübarizə apardıq. Fərdi səhvlər olur. Bu, bizə çox baha başa gəldi”. Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib. 

İtaliyalı məşqçi Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda Estoniyaya qarşı keçirəcəyi oyundan danışıb: “Təcrübəsi az olan oyunçular üçün belə səhvlər ümid edirəm böyük dərs olar. Bizə gələcəkdə inkişaf üçün kömək olacaq. Son 7 matçda oynadığımız sistemi bilirsiz. Yaxşı nəticələr göstərmişik. Beş qələbə qazanmışdıq. Asan olmayan rəqibləri məğlub etmişdik. Doğrudur, iki oyunda uduzmuşuq. Sabah görəcəksiz, Mahir hansı mövqedə oynayacaq. Son zamanlar oynadığı mövqedə olar. Əminəm ki, əlindən gələni edəcək”.

De Byazi bildirib ki, Azarkeşlərin evdəki oyunda qələbəyə ümidli olması millidə təzyiq yaratmayacaq: “Çünki, iki oyunda uduzmuşuq. Uşaqlarda böyük istək var ki, revanş alsınlar. Sabah ağır rəqibə qarşı oynayırıq. Fiziki cəhətdən güclü komandadırlar. Onlarda mövsümün ortasıdır, bizdə isə bitib. Sabah əlimizdən gələni edəcəyik və ümid edirəm ki, ilk üç xalı götürməyi bacaracağıq. Futbol riyaziyat deyil. Avstirya - Estoniya matçına baxmışam. Yaxşı oynadılar, daha yaxşısını edə bilərdi Estoniya. Sabah ən yaxşısını edəcəyik ki, qələbə qazanaq”.

Təcrübəli məşqçi yığmamızın buraxdığı qollara da toxunub: “Bir neçə məqam var. Ola bilər bəzi futbolçular bu səviyyədə oynamağa öyrəşməyib, vəziyyəti gec oxuyuruq. Nəticədə də sözünü deyir. Rəqibin futbolçularının hamısı böyük liqalarda oynayırsa, çətinliklər özünü göstərir. Amma topla yaxşı oynayırıq, yaxşı imkanlarımız olur. Qol vurub-vurmamaq vacib məqamdır. Əgər oyunumuzda inkişafı görmürüksə, demək görmək istəmirik”.


Digər xəbərlər

0.21071195602417