"İstərdik ki, çempionatda peşəkar komandalar olsun, sponsorların adı ikinci dərəcəyə keçsin" -MÜSAHİBƏ

02:03 19-06-2023 | icon 1184

"Çempionatda 17 komanda mübarizə apardı. Finalda gərgin mübarizənin şahidi olduq. "Birbaşa" çempionatın qalibi oldu. "Zirə"nin də çıxışını yüksək dəyərləndirirəm. Bu iki komandada millinin üzvləri çıxış edir. Hər iki komanda ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İkisinə də uğurlar arzulayıram. Üçüncü yeri tutan "Qarabağ" isə Avropa Kubokunda mübarizə aparacaq. Hər üç Komandanın potensialı böyükdür. Keçən il "Birbaşa" Çempionlar Liqasında uğurlu çıxış etmişdi. İnanıram ki, klublarımız da millimiz kimi Avropada uğurlu çıxış edəcək. Çempionatın xəritəsini genişləndirməyə çalışırıq. BƏƏ-də keçiriləcək dünya çempionatında Avropa çempionu olaraq orada da gözəl nəticələr əldə edəcəyimizə inanıram".

Bu sözləri Mini-futbol federasiyasının fəxri prezidenti Orxan Məmmədov jurnalistlərə müsahibəsində deyib. 

- Premyer Liqa klublarının minifutbol komandalarının çempionatda iştirak etmək ehtimalı var?

- Bəli. Bir neçə ay əvvəl bu təkliflə çıxış etdim ki, ən azından Premyer Liqa klublarının minifutbol komandası olsun. Klublar da bizi dəstəkləyir. Artıq "Qarabağ", "Zirə" kimi komandalar var. İnanıram ki, bu, peşakar səviyyədə gündəmə gələcək. Bununla bağlı danışıqlar aparırıq. İstərdik ki, çempionatda peşəkar komandalar olsun, sponsorların adı ikinci dərəcəyə keçsin. İnanırıq ki, bizim bu təklifi dəyərləndirəcəklər.

- Böyük futbolda minifutboldakı uğurların olmamasının səbəbi nədir?

- Futbol funksionerləri kimi ən birinci əsas millimizi fikirləşməliyik. Əlbəttə ki, Estoniya ilə matçda qeydə alınan nəticə hamımızı üzdü. Çünki, həm azarkeşlər, həm futbol adamları qələbə gözləyirdi. Böyük futbol daha böyük yanaşma tələb edir. Premyer Liqada son mövsüm çox gərgin keçdi - həm aşağı yerlər, həm çempionluq, 3-4-cü yerlər uğrunda. İnanırıq ki, bu ruh, bu mübarizə milliyə də gələcək, biz də böyük nəticələr əldə edəcəyik, qrupda ən azından 2-3-cü yerlər uğrunda mübarizə aparacağıq.

- "Zirə" avrokuboklardan kənarda qaldı. Bu məqam sizi nə dərəcədə məyus etdi?

- Əlbəttə ki, məyus etdi. Nəzərə alsaq ki, "Qəbələ" ilə xallarımız eyni oldu. Növbəti mövsümdə bizim əsas məqsədimiz avrokuboklardan çıxış etməkdir. Heyətimizi buna uyğun olaraq qururuq. Əlbəttə ki, baş məşqçimizə inanırıq. Növbəti mövsümdə daha yüksək yerlər uğrunda mübarizə aparacağıq.


Digər xəbərlər

0.27192997932434