"Sabah" avrokubok oyunlarında biletdən əldə olunan gəlirin bir hissəsini Qarabağ Dirçəliş Fonduna ianə edəcək

14:46 19-06-2023 | icon 756

"Sabah" klubu UEFA Konfrans Liqasında ev oyunları üçün bilet satışından əldə ediləcək gəlirin bir hissəsini işğaldan azad olunmuş torpaqların bərpası üçün ayıracaq.

Paytaxt təmsilçisindən verilən məlumata görə, hər biletdən bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkü iyunun 21-də atılacaq. "Bayquşlar" ilk görüşünü iyulun 27-də, cavab matçını avqustun 3-də keçirəcək.


Digər xəbərlər

0.24195003509521