Musiqili Teatrın kollektivi Gəncədə uğurla çıxış edib

00:58 21-06-2023 | icon 1373
Musiqili Teatrın kollektivi Gəncədə uğurla çıxış edib

"Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının "Sən elə bir zirvəsən!" adlı musiqili tarixi-esse kimi hazırladığı tamaşası
Gəncədə uğurla nümayiş olunub.
Mədəniyyət Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə
Gəncə Dövlət Filarmoniyasında həyata keçirilən bu tamaşada Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Razi Nurullayev, Müşfiq
Cəfərov, Türkiyənin Gəncədəki vitse-konsulu, İcra Hakimiyyəti Başçısı Aparatının
məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət
nümayəndələri qonaq qismində iştirak ediblər.
Tamaşada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad
olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.
Layihənin rəhbəri Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar
artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid
İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru Əməkdar incəsənət xadimi
Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri Əməkdar artist Vaqif
Məstanov, baletmeysteri teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyev,
rejissor assistenti Afər Tağıyevadır.
Teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva,
Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan
Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallının,
həmçinin teatrın xor və balet heyətinin üzvlərinin maraqlı çıxışları tamaşaçılar
tərəfindən böyük rəğbətlə qarşılanıb.


Digər xəbərlər

0.2723650932312