III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək

09:16 21-06-2023 | icon 829
III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Polşada təşkil edilən III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.

Tədbir Krakov şəhərində yerləşən “Henrik Reyman” stadionunda baş tutacaq.

Eyni zamanda, 7 növdə idmançılar mübarizə aparacaqlar. Azərbaycanın 6 atleti 3-cü Divizionda çıxış edəcək. Kaşqın Abbaszadə uzunluğa tullanmada, İsmayıl Əliyev disk atmada, Anna Yusupova 800 m, Elman Abışov 1500 m məsafəyə qaçışda, Yekaterina Sarıyeva üç təkanla tullanmada, Cavid Məmmədov isə 400 m məsafəyə maneələrlə qaçışda qüvvəsini sınayacaq.

Bu gün, həmçinin, padel yarışları da start götürəcək. Azərbaycan millisinin Nərminə Bağırova və Samirə Əliyevadan ibarət cütlüyü İtaliyanın Kiara Pappakena - Culia Sussarello cütünə qarşı çıxış edəcək.


Digər xəbərlər

0.24888586997986