Fərid Qayıbov: “Böyük futbolda vəziyyət fərqlidir, yəqin ki, işi düzgün qurmamışıq”

13:38 21-06-2023 | icon 819
Fərid Qayıbov: “Böyük futbolda vəziyyət fərqlidir, yəqin ki, işi düzgün qurmamışıq”

“Böyük futbolda vəziyyət bir qədər fərqlidir. Yəqin ki, biz burada işi düzgün qurmamışıq”.

Bunu gənclər və idman naziri Fərid Qayıbov İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan komanda idman növlərində uğur qazana bilər. O, minifutbol üzrə yığmanın Avropa çempionluğunu buna misal göstərib: “Düşünürəm ki, istənilən komandada uğur qazanmaq üçün rəhbərlikdən çox şey asılıdır. Bizim idmanda kifayət qədər uğurlarımız var. İstərdik ki, komandalarımız da nəticə əldə etsinlər. Minifutbol yığmamız Avropa çempionatının qalibi oldu. Bütün oyunçular da azərbaycanlılar idi. Bu bizdə alındı. Digər komanda növlərində də müxtəlif nailiyyətlərimiz var".


Digər xəbərlər

0.20218014717102