Azərbaycanda bayram namazının vaxtı açıqlandı

15:08 22-06-2023 | icon 791
Azərbaycanda bayram namazının vaxtı açıqlandı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

Fətvada Qurban bayramı namazının vaxtı açıqlanıb.

 
 

Fətvaya əsasən, iyunun 28-də məscidlərimizdə bayram namazı qılınacaq:

“AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə bayram namazı qılınacaqdır”.


Digər xəbərlər

0.25704908370972