"Minsk "Dinamo"su "Jelezniçar"ı Bakıda qəbul edəcək

07:48 23-06-2023 | icon 1193

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina "Jelezniçar"ı ilə Belarusun "Dinamo" (Minsk) klubları arasında cavab oyununun Bakıda keçiriləcəyi dəqiqləşib.

Bu barədə klubdan "klix.ba" nəşrinə bildirilib. I təsnifat mərhələsinin cavab qarşılaşmasının "Qarabağ"a məxsus "Azersun Arena"da oynanılacağı qeyd olunub.

"Minsk "Dinamo"su avrokubok matçlarını Belarus ərazisində keçirə bilmir. İlkin olaraq, "Jelezniçar"la ev oyunu üçün İsrailin "Netanya" şəhərindəki stadionu seçmişdilər. Lakin nəqliyyat və yaşayış xərcləri yüksək olduğu üçün cavab görüşü Azərbaycanın paytaxtı Bakıdakı "Azersun Arena"ya dəyişdirilib. Qarşılaşma iyulun 20-də keçiriləcək. İlk görüş isə iyulun 13-də olacaq".

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.


Digər xəbərlər

0.20606398582458