Hacıqabul rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə tədbir keçirilib

14:52 23-06-2023 | icon 690
Hacıqabul rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə tədbir keçirilib

Hacıqabul rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı” münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonda işləyən bir qrup dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildirdilər. Tədbir daha sonra rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.

Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov açdı və məruzə ilə çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü kimi elan edildiyini bildirdi.

Sərəncama görə, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini “Dövlət Qulluqçularının peşə bayramı günü” elan etməsi faktı ilə əlaqədar bu tarixin də Azərbaycanda Dövlət Qulluqçularının peşə bayramı günü kimi keçirilməsi qərara alınıb.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusu rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.


Digər xəbərlər

0.26136016845703