AHİK daha 5350 ailəyə bayram sovqatı göndərib

11:35 25-06-2023 | icon 1035
AHİK daha 5350 ailəyə bayram sovqatı göndərib

İyunun 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən
qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Respublikanın
rayonlarında yaşayan 4100 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün
ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan
olan 1250 ailəyə də bayram sovqatı verilib.

AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd
etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin müvafiq qərarları əsasında
2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900, mayında 4 000, 2022-ci
ilin martında 4 065, noyabrında 4 500, dekabrında 4500, bu ilin mart ayında isə
4650 şəhid ailəsi və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib.

Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada
yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə
maliyyə vəsaiti ayrılıb.

Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev bildirib ki, ölkəmizdə müxtəlif sosial layihələr icra olunur, vətəndaş
rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı
ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, vətəndaşlarımıza
qayğı göstərirlər. Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə

seçilir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid
ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar
günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil
olunur. Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas
iştirakçılarındandır”.

Qeyd edək ki, AHİK sədri Səttar Möhbalıyev yola salınma mərasiminin ardından
bir qrup Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri, şəhid ailələrinin
üzvləri, həmçinin aztəminatlı ailələrdən olan şəxslərlə görüşüb.

Görüşdə iştirakçıları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən
AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib.
Sonda görüş iştirakçılarına maddi-mənəvi dəstək göstərilib.


Digər xəbərlər

0.21118903160095