Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

16:06 25-06-2023 | icon 876
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

“Ümummilli Liderimiz, müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyev
Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Müasir Azərbaycanın
inkişaf və tərəqqisi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində
dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi dövr
ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib,
ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün
mühüm addımlar atıb”.
1990-cı illərin əvvəllərində Azərbaycanı anarxiya, xaos bürümüş, respublikada
ictimai-siaysi, sosial-iqtisadi böhran hökm sürürdü.  1993-cü ilin may-iyun aylarında
ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə,
Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin
o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur olmuşdu. Beləliklə, Heydər
Əliyevin Naxçıvandan Bakıya qayıdışı tarixi qayıdış oldu.  1993-cü ilin 15 iyun tarixində
Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında isə Prezident səlahiyyətlərinin Ali
Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bu məsuliyyətli, lakin
şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üzləşdiyi ağır
vəziyyətdən xilas etmək üçün bütün gücünü, təcrübəsini və imkanlarını səfərbər etdi.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində
hər zaman xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan
öz dəstəyini əsirgəməyib. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər
Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın
mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Həqiqətən də, Ulu Öndər ilk gündən
etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət
mərkəzində saxlayıb və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını
təmin edib. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz
mübarizə elan edib. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş
aparılıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi
yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar
edilib. 
Bir sözlə, Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı
kimi yazılıb. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş
və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb
olunmasına son qoyuldu. Nizami ordu yaradıldı ki, bu da torpaqlarımızın işğaldan azad
edilməsində ən mühüm amil oldu. Eləcə də, ölkədə idarəetmə sistemi formalaşdırıldı,
insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın
iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri
cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya
qəbul edildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin
dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı
sistem yarandı. Bütün bunların əsasında deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev
müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Hazırda Heydər Əliyev
siyasətini uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı güclü və
qüdrətli dövlətə çevirib. Torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin
edən  dövlətimiz bundan sonra da möhtəşəm nailiyyətlər qazanacaq.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.21948719024658