Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış" komediyası yenidən Musiqili Teatrın səhnəsində

16:53 25-06-2023 | icon 1276
Afaq Bəşirqızının iştirakı ilə

Uzun fasilədən sonra, 19 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik
Musiqili Teatrında milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının
iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış”
komediyası nümayiş olunacaq.
Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu
səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər
Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov,
Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan
İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet
truppalarının üzvləri çıxış edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi
rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov,
baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti
Tamilla Aslanovadır.
Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr
oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır.
Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da
mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə
düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə
məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir…
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət”
mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Kollektiv
sifarişlər də qəbul olunur.


Digər xəbərlər

0.27630114555359