“Qarabağ”ın “Linkoln”la oyunlarının vaxtı və məkanı bilindi

15:24 27-06-2023 | icon 1014
“Qarabağ”ın “Linkoln”la oyunlarının vaxtı və məkanı bilindi

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Cəbəllütariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 
 

İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.


Digər xəbərlər

0.22826600074768