Prezident xalqı təbrik etdi
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.
Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım!
Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...