Salyanda 2 İyul - Azərbaycan Polisi Günü qeyd olunub
Salyanda 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov polis əməkdaşlarını təbrik etmiş və Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixinin “Azərbaycan Polisi Günü” kimi qeyd edildiyini, Azərbaycan polisinin ötən dövrdə şərəfli yol keçdiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını, Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polisin vahid hüquq mühafizə orqanı kimi formalaşdığını vurğulamışdır. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində polis orqanlarının maddi-texniki bazasının gücləndirildiyini, polis əməkdaşlarının pəşəkarlıq səviyyəsinin artırıldığını, onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini, 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərdiyini, Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyinin Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Salyan Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif edilmişdir.
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...