Lənkəranda Polis Günü qeyd edildi - Fotolar

10:13 02-07-2023 | icon 1158
Lənkəranda Polis Günü qeyd edildi - Fotolar

Lənkəranda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov və rayondakı hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

 
 

Daha sonra tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsində davam etdirilib. Çıxış edən şöbə rəisi, polis polkovniki Azər Cahangirov polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubunu oxuyub. Sonra çıxış edən rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar polis əməkdaşlarına xoş arzularını çatdırıblar, bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər. Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar təqdim olunub.

 

 



Digər xəbərlər

0.27037596702576