"Neftçi" məğlub olmadan yarımfinalda

22:42 02-07-2023 | icon 1037

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsində, B qrupunda qərarlaşmış "Neftçi" klubu qrupda sonuncu oyununu keçirib.

Təmsilçimiz Litva millisinə 20-14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. "Neftçi" nin yarımfinal qarşılaşması 3 iyul Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq.

Qeyd edək ki, "Neftçi" klubu qrupun ilk oyununda Niderland millisini, qrupun ikinci oyunda isə Macarıstanın "Qyor" klubunu müvafiq olaraq 17-14 və 18-14 hesabı ilə məğlub edib.


Digər xəbərlər

0.23591899871826