Fərid Qayıbov ötən ay nüfuzlu beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov iyun ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda, lll Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil edilən görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. F. Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Boks, üzgüçülük, akrobatika gimnastikası, bədii gimnastika, aerobika gimnastikası, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, cüdo, atletika, pauerliftinq, stolüstü tennis, basketbol, həndbol, voleybol, karate, aşihara karate, kyokuşin karate, muaytay, kikboksinq, taekvondo idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...