Fərid Novruzi: “2008-ci ildə ölkəmizdə çimərlik futbolunu sıfırdan yaratmışıq”
“Bakıda gözəl tədbir keçirilir. Seçmə mərhələnin paytaxtımızda təşkil olunması bizim üçün nailiyyətdir”.
Bunu Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi Bakıda təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
Federasiya rəhbəri seçmə mərhələdə milli komandadan uğur gözlədiyini bildirib:
“2008-ci ildə ölkəmizdə çimərlik futbolunu sıfırdan yaratmışıq. Hamımız birlikdə öyrənmişik. Geri baxanda çox böyük işlər görmüşük. Son Avropa Oyunlarında beşinci yeri tutmaq böyük nailiyyətdir.
Ümumilikdə Avropada onuncuyuq. İnanırıq ki, milli komanda seçmə mərhələdə də hamımızı sevindirəcək”.
O, milli komandadan dünya çempionatının final mərhələsində vəsiqə gözlədiklərini əlavə edib:
“Gözləntimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Avropa Oyunları da komanda üçün bir növ hazırlıq oldu. Ümid edirəm, o motivasiyanı saxlayaraq, istəyimizə nail olarıq”.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...