TikTok Azərbaycanda 400 minə yaxın videonu silib

21:55 05-07-2023 | icon 726
TikTok Azərbaycanda 400 minə yaxın videonu silib

“TikTok 2023-cü ilin birinci rübündə Azərbaycandan bu sosial şəbəkəyə yerləşdirilən 390 min 223 videonu silib”.

Bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin rəhbəri Kristina Yeremeyeva məlumat verib.

 
 
 
 

O bildirib ki, həmin videoların 95,2 faizi proaktiv (şikayət edilməzdən əvvəl videonu müəyyənləşdirmək və silmək - red.) şəkildə silinib. Həmçinin bu videoların 80,1 faizi yayımlandığı 24 saat ərzində TikTokdan qaldırılıb.

K. Yeremeyevanın sözlərinə görə, bu ilin birinci rübündə bütün dünyada 91.003.510 video silinib. Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Videoların 89,9%-i paylaşılandan sonra 24 saat ərzində silinib. Eyni zamanda dünyada 13 yaşadək 16.947.484 istifadəçi hesabı silinib.


Digər xəbərlər

0.22797298431396