DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar

21:57 05-07-2023 | icon 1386
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı tədbir keçirilib.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak edib.

Əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ümummilli lider Heydər Əliyevin Akademiyada ucaldılmış abidəsi ziyarət edilib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın şəxsi heyətini, məzunları və onların valideynlərini salamlayaraq, təhlükəsizlik orqanlarında çalışacaq gənc zabitləri təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib. Əsası 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və dahi rəhbərin adını daşıyan bu tədris ocağında qazandıqları bilik və praktiki vərdişləri gələcək xidməti fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə, Heydər Əliyevin bu orqanlarda yaratdığı peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, təhlükəsizliyin etibarlı təminatına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirib.

Həmçinin, Prezident İlham Əliyevin Akademiyaya xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi ölkə başçısının müvafiq Sərəncamı ilə Akademiyanın təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması və imkanlarının daha da genişləndirilməsi üçün nizamnaməsində dəyişiklik edilərək yeni bakalavr və magistr ixtisaslarının təsis edildiyi barədə məlumat verilib.  

Sonra tədbirdə söz alan digər çıxışçılar da Akademiyada kursantların hərtərəfli savada və geniş dünyagörüşünə yiyələnmələri üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və DTX-nin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

 

 



Digər xəbərlər

0.33468580245972