Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələyə məğlubiyyətlə başlayıb

21:58 05-07-2023 | icon 934
Azərbaycan millisi Bakıda keçirilən seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Komanda Moldova yığması ilə üz-üzə gəlib. “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.

A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib - 3:1.


Digər xəbərlər

0.24096393585205