"Neftçi" mərhələnin favoritinə qalib gəldi 

19:02 06-07-2023 | icon 1317

 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq mərhələsində ilk oyun gününün görüşləri davam edir.

A qrupunda ilk oyununu keçirən təmsilçimiz "Neftçi", Friburq mərhələsinin reytinq xallarına görə bir nömrəsi sayılan Kanada millisinə 15-13 hesabı ilə qalib gəlib.

"Neftçi" nin qrupda sonuncu oyununu bu gün Bakı vaxtı ilə saat 22:00 -da Malayziya seçməsinə qarşı baş tutacaq.


Digər xəbərlər

0.28520703315735