Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə start verilib

20:26 08-07-2023 | icon 860
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə start verilib

İyulun 7-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə start verilib.

Turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıblar. Qeyd edək ki, turnirdə Azərbaycan komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın 14 yaşlılardan ibarət “Paxtakor” komandaları da iştirak edirlər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.

Açılış mərasimindən sonra "Qarabağ və "Sabah" komandaları arasında görüş keçirilib. Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyun günündə keçirilən digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:

"Neftçi - "Zirə" (1:1);
"Paxtakor" - Sumqayıt (0:3);
"İlbirs" - "Səbail" (2:0).

 


Digər xəbərlər

0.23371696472168