Lökbatanda qanunsuz tikililər aşkarlandı - Fotolar
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə ciddi nəzarət olunur və bu məqsədilə monitorinqlər aparılır.
Lökbatan qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə monitorinq aparılarkən həmin ərazidə qanunsuz tikinti işlərinin aparıldığı aşkar edilib.
Aparılan tikinti işləri dərhal dayandırılıb və 6-7 iyul 2023-cü il tarixində müəyyən hissəsi sökülüb.
Belə ki, sözügedən ərazidə aparılan 3 fərdi yaşayış evinin tikintisi dayandırılıb, 5 ədəd tamamlanmamış fərdi yaşayış evi, 1 qaraj, 1 maşın sexi tamamilə sökülüb. Hasara alınan 6 ədəd sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılıb.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun gözəlliyini qoruyub saxlamaq məqsədi ilə ərazidə mütəmadi monitorinqlər keçirilir.
Vətəndaşları xəbərdar edirik ki, keçirilən monitorinq zamanı sakinlər tərəfindən zəbt edilən torpaq sahələri, qeyri-qanuni inşa edilmiş tikililər aşkar edilən kimi müvafiq tədbirlər görüləcəkdir.
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...