Sabahdan temperatur aşağı düşəcək

14:48 09-07-2023 | icon 865
Sabahdan temperatur aşağı düşəcək

İyulun 08-də havanın temperaturu Bakıda iqlim normasından 6 dərəcə yüksək olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 40°-dək isti, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 32°-dək isti olub.

Bu gün iyulun 09-da da isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 28-33°-dək isti olacağı gözlənilir.

İyulun 10-da ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 22-27°, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° , dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.


Digər xəbərlər

0.2233510017395