Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi

09:52 10-07-2023 | icon 781
Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi

1961-ci ildə Belqradda yaradılan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər
sisteminin önəmli təsisatıdır. Hərəkat BMT Baş Assambleyasından sonra ikinci ən
böyük qurumdur. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə,
başqalarının daxili işlərinə qarışmama kimi təməl prinsipləri özündə ehtiva edir.
Qoşulmama Hərəkatının tribunası Azərbaycana hər zaman imkan verib ki, Ermənistanın
təcavüzkar siyasətini buradan ifşa etsin, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın.
Bundan başqa, işğaldan əziyyət çəkən dövlət kimi verdiyi mesajlar, səsləndirdiyi faktlar
bəşəriyyətin dinc yanaşı yaşaması üçün sübhdən başqa alternativin olmadığı gerçəkliyi
üzərinə aydın işıq salıb.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə,
başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi
Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir
beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Azərbaycan 2011-ci ildə
Qoşulmama Hərəkatı ailəsinə daxil olmaq qərarına gəldi. Qısa müddət ərzində
Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə
Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün
Qoşulmama Hərəkatının sədri seçilmiş, sədrlik müddəti başa çatdıqdan sonra sədrliyin
müddəti yekdilliklə bir il daha uzadılmışdır.
Hərəkatın sədri kimi Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə
etmək olmuşdur. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal
səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən Qoşulmama Hərəkatı kifayət qədər
mühüm işlərə imza ata bilmişdir. Pandemiya dövründə Azərbaycanın ortaya qoyduğu
səylər olduqca gərəkli idi. Ölkəmiz hesab edirdi ki, COVID-19-la mübarizədə qlobal
cəhdlər səfərbər olunmalıdır.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və
qətiyyətli” mövzusunda nazirlər görüşdə iştirak edən Azərbaycan Prezidenti cənab
İlham Əliyev bu məsələyə toxunaraq qeyd etmişdir: “Ehtiyacı olan ölkələrə yardım
göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti
Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da
Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar
dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları
məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik.
Yuxarıda qeyd etdiyim mart sammitində mən, həmçinin Afrika və inkişaf etməkdə olan
kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal
çağırış elan etdim. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları
ayırdı.”
Bu gün dünyada gedən mürəkkəb proseslərə cənab İlham Əliyevin verdiyi qiymət
diqqətəlayiqdir. Siyasi uzaqgörənlik, dünyanı düşündürən problemlərin həllinə yönəlik
fikirlər hamı tərəfindən qəbul edilir. Belə ki, soyuq müharibədən sonra baş verən
proseslər onu göstərir ki. bəşəriyyətin təhlükəsizliyi üçün ilk növbədə beynəlxalq
öhdəliklər yerinə yetirilməli, xalqların suveren və legitim hüquqları tanınmalı və hörmət
edilməlidir. Fransa kimi müstəmləkəçilik siyasəti yeridib özünə sərf edəndə suveren
hüquqlardan dəm vurmaqla təhlükəsizliyi möhkəmləndirmək qeyri-mümkündür. Bunu
konkret olaraq söyləyən cənab Preizdent demişdir: “Neokolonializmi hələ də davam
etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər
fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot
adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün
digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı
nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən
olan hörmətli nümayəndələri salamlayıram.
Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə
yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri
müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa
prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil
verməsini tələb edirik.”
Məhz bu gün Fransada tüğyan edən iğtişaşlar bir daha göstərir ki. Fransanın iddia
etdiyi insan hüquqları əslində sabun köpüyündən başqa bir şey deyildir. Çünki bu
iğtişaşların səbəbi elə insan haqlarının pozulması, günahsız bir gəncin qətlidir. Özü də
məhz Fransa polisinin törətdiyi qətl. Belə bir vəziyyətdə Fransanın erməni xilaskarı
olması da təəccüblüdür. Deməli, burada söhbət xilaskarlıqdan yox, təcavüzü və
təcavüzkarı dəstkləməkdən gedir. Belə olmasaydı Fransa müharibədə ordusu
darmadağın olmuş kapitulyant Ermənistanı cidd cəhdlə müdafiə etməzdi. Bu aydın
göstərir ki. Fransanın məqsədi sülhə mane olmaqdır. Buna görə də cənab prezident
Fransa siysətinin iç üzünü açıb göstərdi və layiqli mesajlarını da dünya ictimaiyyətinə
ötürmüş oldu: “Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar
konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli
azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa
bir şey deyil.
Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz
ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır.”
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad
edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə
və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə
kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal
məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir.
Konkret və reallıqları özündə əks etdirən çıxışı ilə cənab Prezident bir daha
dünyaya Azərbaycan həqiqətlərini, Azərbaycanın bəşəri dəyərlərini çatdırmış oldu. Bir
daha vurğulandı ki, biz öz müstəqil siyasətimizdən, azadlıq uğrunda mübarizəmizdən
geri çəkiləsi deyilik. Biz həqiqətin və ədalətin yanındayıq. Son üçillik fəlaiyyəti ilə
Azərbaycan həm bu mövqeyinin sabitliyini, həm də Qoşulmama Hərəkatında xüsusi yeri
olan bir dövlət olduğunu isbat elədi.

Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qaleretasının əməkdaşı


Digər xəbərlər

0.32609701156616