Səttar Möhbalıyev: “Azərbaycanla Albaniya arasında əməkdaşlıqda yeni səhifələr açılır”

15:38 10-07-2023 | icon 827
Səttar Möhbalıyev: “Azərbaycanla Albaniya arasında əməkdaşlıqda yeni səhifələr açılır”

“Öz müsbət imici ilə beynəlxalq münasibətlər sistemində mövqelərini durmadan
möhkəmləndirən Azərbaycan müxtəlif dövlətlərlə, həmçinin regional və
beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməkdədir. Həm dövlətimizin iqtisadi
gücünü, həm də təşəbbüskarı olduğu və reallaşdırdığı layihələrin əhəmiyyətini
dərindən dərk edən dünya dövlətləri ölkəmizə xüsusi maraq edir, əlaqələrini inkişaf
etdirməyə çalışırlar. Bunu şərtləndirən digər amillər arasında ölkəmizdə möhkəm
və sarsılmaz sabitliyin bərqərar olması və Azərbaycanın etibarlı tərəfdaş adını
qazanmasıdır. Təbii ki, bu nailiyyətlərin əldə olunması bilavasitə dövlətimizin
başçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Dünyada gedən proseslərin mürəkkəb
və gərgin olmasına baxmayaraq, məhz cənab İlham Əliyevin müdrik idarəçiliyi
sayəsində ölkəmiz müstəqil və balanslaşdırılmış xarici siyasəti ilə beynəlxalq
aləmdə özünəməxsus yer tutur. Əminliklə deyə bilərik ki, bu gün dünya
coğrafiyasında elə bir Azərbaycan var ki, o, sözün əsl mənasında, ən əhəmiyyətli
ölkələr siyahısındadır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən
birini də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə münasibətlər
təşkil edir: “Bu ölkə ilə Azərbaycan arasında siyasi dialoq və qarşılıqlı əməkdaşlıq
hər zaman yüksələn xətlə inkişaf edib. Təşkil olunan qarşılıqlı rəsmi səfərlər və
imzalanan sənədlər iki ölkə arasında əlaqələri daha da genişləndirib. Ötən il
Prezident İlham Əliyevin Albaniyaya səfəri, eyni zamanda bu ölkənin Prezidenti
Bayram Beqayın Azərbaycana rəsmi səfərə gəlməsi ikitərəfli və çoxtərəfli
əlaqələrin inkişafı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir. İndiyə kimi əgər əməkdaşlığın əsas hissəsini enerji sahəsi təşkil edirdisə, artıq digər sahələrdə də əməkdaşlığın
dərinləşdirilməsi müzakirə mövzularındandır”.

“Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan Trans-
Adriatik Boru Kəmərinin həyata keçirilməsində Albaniya ilə uğurlu əməkdaşlıq
edib. Təbii ki, bu layihə bütün region dövlətlərini, o cümlədən Azərbaycanla
Albaniyanı biri-birinə yaxınlaşdırıb. Cənab Bayram Beqay ilə Azərbaycan
Prezidenti arasında keçirilən görüşdə beynəlxalq təşkilatlar çərçivəsində birgə
fəaliyyət, ticari, iqtisadi və investisiya məsələləri müzakirə olunub. Həmçinin
turizm, kənd təsərrüfatı sahələrinə sərmayə yatırılması nəzərdən keçirilib. İnanırıq
ki, bütün bunlar münasibətləri yeni müstəviyə daşıyacaq və hər iki ölkənin iqtisadi
imkanlarını daha da artıracaq”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.26834201812744