“Diqqətli olmalıyıq” - Qurban Qurbanov

04:42 11-07-2023 | icon 755
“Diqqətli olmalıyıq” - Qurban Qurbanov

“Yeni mövsümdə ilk rəsmi oyunumuzdur. Hazırlığımız yaxşı keçdi. Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər. İlk qarşılaşmada çatışmazlıqlar ola bilər. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq”. 

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Linkoln”la (Cəbəllütariq) ilk oyunöncəsi mətbuat konfransında deyib

 
 

“Meydan süni örtükdür. “Linkoln”u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram”.

Qeyd edək ki, matç saat 19:30-da başlayacaq. 


Digər xəbərlər

0.25090789794922