Əsas məsələlərdən biri 

22:38 12-07-2023 | icon 828
Əsas məsələlərdən biri 

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə ölkənin bütün fəaliyyət sahələrində qeyd olunan müddət ərzində həyata keçirilən tədbirlərin və qarşıdakı dövr üçün yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından çox mühüm toplantı kimi dəyərləndirilməlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər regionda yeni reallıqlar yaratmaqla yanaşı, ölkənin indiki həssas dönəmdə maksimum fəal siyasət yürütməsini şərtləndirib və rəsmi Bakı bu çağırışlara uyğun ardıcıl, məqsədyönlü addımlar at­maqdadır. Ölkə başçısının müşavirədəki geniş çıxışından da göründüyü kimi, bütün mühüm strukturlara mövcud gerçəkliklərə adekvat fəaliyyət göstərmələri tapşırılıb və çox müsbət haldır ki, dövlət qurumları öz işlərini bu tapşırıqlar əsasında qura bilirlər. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər belə söyləməyə imkan verir.

Cari ilin altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Nəticələr arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxma­yaraq, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri nəzərə çarpıb. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

 Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsinəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

 İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.

Prezident şəffaflıq amilini önə çəkib. Həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində ayrılan vəsaitə böyük qənaətlə yanaşmalı və şəffaflıq tam təmin edilməlidir.

Rauf Abdullayev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Seyidbazar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini


Digər xəbərlər

0.28178787231445