“Kafe əlindən yer yoxdur, skuterdən də qazanırlar”
Müğənni Nura Suri Dənizkənarı Bulvar İdarəsindən şikayətçidir.
Bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Müğənni qeyd edib ki, bulvarda rahat hərəkət etmək, gəzmək mümkün deyil: “Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil.
Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər.
Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur.
İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar.
Gündə yolları bağlayıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də (anında “parkovşik” adı ilə gəlib 2 manatınızı alırlar)”.
N. Surinin bu sözləri izləyiciləri tərəfindən dəstəklənib.
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...