Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
Bülbül prospektində piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntüləri geniş müzakirələrə səbəb olub.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı görüntüdə piyada keçidindən kənarda yolu keçən yaşlı qadının avtomobil tərəfindən vurulması əks olunub. Hadisə vaxtı piyadanın avtomobillərin hərəkətinə diqqət göstərməməsi, sürücünün isə piyadanı görmürmüş kimi hərəkətini davam etdirməsi diqqət çəkib.
“Sahil” metrostansiyasının yaxınlığında baş verən hadisə barədə fikirlərini yazan sosial şəbəkə istifadəçiləri piyadanın məsuliyyətsizliyini vurğulayıblar. Bir çoxları isə avtomobil sürücüsünün qəzadan yayınmasının mümkün olduğunu qeyd edib.
Qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Qanuna əsasən təyin edilməmiş yerlərdən yolu keçən piyadalar məsuliyyət daşıyırlar və 20 manat cərimə edilirlər.
Bununla belə mövcud qanunvericiliyə görə piyada təyin edilməmiş ərazidən yolu keçsə də belə, onu vuran sürücü piyadanın ölümü və ya xəsarət aldığı hallarda cinayət məsuliyyətinə cəlb edilirlər. Belə ki, qanunvericilik sürücülərin qəzadan yayınma imkanlarının mümkünlüyünü nəzərə alaraq onların məsuliyyətini müəyyən edir.
-
Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi
...
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...