Madər Musayev vəfat etdi

13:35 14-07-2023 | icon 940
Madər Musayev vəfat etdi

Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.

O, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Xatırladaq ki, Madər Musayev XII çağırış Azərbaycan Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bütün çağırışlarında deputat seçilib. O, bununla da ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.

 

M. Musayev müxtəlif illərdə “Şöhrət”, “Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

(Unikal)

 

 
 
 

Digər xəbərlər

0.31362199783325