Dünya Qadın Seriyası: "Neftçi" 1/4 finalda

16:03 15-07-2023 | icon 1038
Dünya Qadın Seriyası:

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Ağ-qaralar" 1/4 finalda Macarıstan təmsilçisi "Dyor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Paytaxt klubu D qrupundakı ilk matçda Niderland yığmasını 11:6, daha sonra Kosovo seçməsini 20:9 hesabı ilə məğlub edib. Turnirdə mübarizəni dayandıran Azərbaycan millisi isə ABŞ kollektivinə 3:22, "Dyor"a isə 9:21 hesabı ilə yenilib.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.


Digər xəbərlər

0.2403039932251