AHİK-in qətiyyətli dəstəyi ilə Qazaxıstanın BHİK-ya üzvlüyü bərpa edilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xarici ölkələrin
həmkarlar ittifaqları, həmçinin müvafiq regional və beynəlxalq təşkilatlarla
əlaqələrini genişləndirir, həmrəylik göstərir, tədbirlərində yaxından iştirak edir.
Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatının
inkişafına verdiyi töhfələr hər zaman yüksək qiymətləndirilib, zəngin təcrübəsi
dərindən öyrənilir. Hazırda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
həm Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), həm
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının, həm də Pan Avropa Regional
Şurasının vitse-prezidentidir və hər üç qurumun səmərəli fəaliyyətində mühüm rol
oynayır. Eyni zamanda AHİK təmsil olunduğu bütün təşkilatlarda Azərbaycana
dost ölkələrlə həmrəy olur, daim onlara öz dəstəyini ifadə edir. Bu yaxınlarda
Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) BHİK-ya üzvlüyünün
bərpasında AHİK hərtərəfli köməklik göstərib. Bununla əlaqədar olaraq, QHİF
sədri Satıbaldı Dauletalin AHİK sədri Səttar Möhbalıyevə təşəkkür məktubu
ünvanlayıb və göstərdiyi qardaş dəstəyinə görə, minnətdarlıq edib.
Qeyd edək ki, Qazaxıstanın həmkarlar ittifaqları BHİK və Beynəlxalq Əmək
Təşkilatının işçilər üçün sosial ədalət və layiqli əməyin təmin edilməsi
prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirir, ittifaq üzvlərinin əmək, sosial,
iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini yüksək səviyyədə təşkil
edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...