Kəmaləddin Heydərov ermənilərin oğurladığı mahnısından danışdı - “Onlar kimdir ki, biz onlara baş qoşaq”
Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Nigaranam” mahnısını oğurlayıblar. Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq “Andzrev” adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib.
Məsələ ilə bağlı mahnının müəllifi, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Manset.az-a açıqlama verib. O, açıqlamasında fikirlərini belə ifadə edib:
“Onlar tək mahnı oğurlayırlar? Hər şeyi oğurlayırlar. Bu məsələ ilə bağlı heç bir hüquqi addım atmayacam. Onlar kimdir ki, biz onlara baş qoşaq”.
Qeyd edək ki, bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını, həmçinin Xalq artistləri Brilliant Dadaşova, Nəsibə Abdullayeva və başqaları oxuyublar. 2006-cı ildə A. Kazımova mahnıya yeni nəfəs verərək remiks versiyasını Türkiyədə keçirilən “The Best Model Of The World” dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...