Mutu “Neftçi”də ilk transferini reallaşdırdı

22:04 18-07-2023 | icon 985
Mutu “Neftçi”də ilk transferini reallaşdırdı

“Neftçi” növbəti transferini reallaşdırıb.

Braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb.

 

 
 

28 yaşlı mərkəz müdafiəçisi yeni komandasının heyətində 44 nömrəli formanı geyinəcək.

Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.


Digər xəbərlər

0.22365689277649