“Neftçi” “Spartak”a uduzdu

07:25 19-07-2023 | icon 1153
“Neftçi” “Spartak”a uduzdu

“Neftçi” Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

Komanda Moskva “Spartak”ı ilə qarşılaşıb.

“Otkrıtiye Bank Arena”da keçirilən qarşılaşma Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Spartak”(Moskva) - “Neftçi” - 2:0

Qollar: Meleşin, 35, Promes, 37

“Neftçi” iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.


Digər xəbərlər

0.25726413726807