"Qarabağ" darmadağınla II mərhələdə

00:20 20-07-2023 | icon 852

Bu gün "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxıb.

Ağdam təmsilçisinin böyükhesablı qələbə qazanmaqla II mərhələyə adlayıb.

Qurban Qurbanovun komandası növbəti mərhələdə Polşa "Rakuv"u ilə qarşılaşacaq.

Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

19 iyul

"Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) - 4:0

Qollar: Abdulla Zubir, 8, Bəhlul Mustafazadə, 45+1, Redon Cica, 50, Marko Yankoviç, 62

Hakimlər: Eldorjan Hamiti, Ridiger Çokaj, Ani Koçiaj, Cjapi Kreşnik (Albaniya)

Bakı Olimpiya Stadionu.

İlk oyun - 2:1


Digər xəbərlər

0.26178884506226