“Qarabağ”ın prezidentindən iddialı açıqlama
“Səfərdə oyunumuz ağır alınmışdı. Hava şəraiti, meydanın durumu və digər çətinliklər var idi. Son dəqiqədə vurduğumuz qol olmasaydı, həmin gün stadionu çox məyus tərk edəcəkdim. Amma bu gün öz meydanımızda, çox gözəl havada baxımlı futbol nümayiş etdirdik. Bəhlul Mustafazadənin qolu Avropa futbolu keyfiyyətində bir qol idi. Belə qolu yerli futbolçunun vurması mənə ləzzət edir”.
Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Linkoln”u 4:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra deyib.
O, növbəti mərhələdə qarşılacaqları Polşa “Rakuv”u barədə də fikirlərini açıqlayıb: “Bu vaxta kimi Polşa klubları ilə 3 dəfə qarşılaşmışıq. Allaha şükür ki, üçündə də qalib gəlmişik. Artıq Avropada hansısa kluba zəif demək olmaz. “Rakuv” güclü rəqibdir. Bəli, Polşa mətbuatı “Qarabağ” kabusu qayıdır” yazır. Amma rəqib atletik cəhətdən güclüdür. İnşallah, Polşaya da bu keyfiyyətlə, bu əzmlə gedib, oradan qələbə ilə dönməyə çalışacağıq”.
T.Gözəl “Qarabağ”ın ötən il yoxlama oyununda “Rakuv”a uduzmasını da xatırlayıb: “Hər oyun yenidir. Biz səfərə qələbə üçün gedəcəyik. Məncə, bu söz kifayət edər”.
Klub rəhbəri yeni transferlər haqda sualı da cavablandırıb: “Bu gün qısa müddətdə transfer fikri yoxdur. Onsuz da transfer çox ağır bir prosesdir. Hazırda Medinanın gedişi gündəmdir. “Rizəspor”la danışıqlar gedir. Bu keçid baş tutarsa, onun yerinə transfer ola bilər. Ancaq hazırda bu məsələ qeyri-müəyyəndir”.
O, komandanın qarşısına qoyulan hədəfdən də söz açıb: “İnşallah, digər 3 turu da keçib Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyik”.
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...