"Neftçi" Bordo mərhələsində 1/4 finala yüksəlib

00:24 20-07-2023 | icon 1201
 

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində 1/4 finala yüksəlib.

"Ağ-qaralar" C qrupunda ilk olaraq Fransa millisinə 12:16 hesabı ilə məğlub olsa da, Polşa seçməsinə qalib gələrək (14:13) mərhələ adlayıb.

Azərbaycan təmsilçisi bu raundda Kanada kollektivi ilə görüşəcək, qarşılaşma iyulun 20-də baş tutacaq.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.


Digər xəbərlər

0.25382709503174